SMM menecerlərin aylıq post plan hazırladıqları zaman ən çox zaman sərf etdikləri həmin ayda olan xüsusi günlərin hansılar olmasıdır. Bunu nəzərə alaraq, iyul ayında olan əsas əlamətdar günlər, tarixi hadisələr və ümumilikdə dünyada bu gündə baş verən önəmli hadisələrin bəziləri haqqında məlumatları sizinlə bölüşürəm. Hər gün daxilində hansı şirkətlərin uğurlu RTM edə bilməsi haqqında da şəxsi fikirlərimizi sizinlə paylaşıram.

İyul ayında olan əsas əlamətdar və tarixi günlər

2 İyul – Polis İşçiləri Günü. Bu gün rəsmi dövlət qrumlarının RTM paylaşımı hazırlaması üçün ideal gündür. Həmçinin, digər şirkətlər də məhsullarının polislər üzərində yansımasını əks etdirən uyumlu paylaşımlar hazırlayaraq gündəm mövzusuna çevrilə bilərlər.

11 İyul – Ümumdünya Şokolad Günü. Bu günə Şokalad firmalarının ən çox işinə yarayan gün də demək olar. Şokalad firmaları onların məhsullarına ayrılan özəl gündən istifadə edərək öz şokalad markalarını tanıda bilərlər.

20 İyul – Beynəlxalq Şahmat Günü. İdman səhifələri və ümumilikdə fəaliyyəti idman üzərində qurulan müəssisələrin bugün şanslı günüdür. Gün daxilində maraqlı RTM paylaşımı hazırlaya və günə damğalarını vura bilərlər.

20 İyul – Beynəlxalq Tort Günü. Şirniyyat sevənləri də unutmayaraq onlar üçün də özəl gün yaradılıb. Yaradılan özəl günün haqqını vermək və mədələri doyduran dadlı tort əvəzinə ruhları doyuzduran paylaşımlar etmək zamanıdır.

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü. TV, Radio, mətbuat sayt və səhifələri və s. mətbuat şirkətlərinin günündə SMM menecerin üzərinə böyük yük düşür. Bu gün onlar başqalarını deyil, özlərini tanıtmalı və fərqlilik yaratmalıdırlar.

23 İyul – Ağdam rayonunun işğalı günü. Tarixə qara hərflərlə yazılan bu gündə hər birimizin günü yad etməsi və müxtəlif dillərdə olan məlumatverici paylaşımlarla tarixi anması borcumuzdur. Amma unutmayaq ki, bizim qan yaddaşımız olan bu gün üçün nə qədər kreativ və maraqlı paylaşım hazırlansa, o qədər geniş kütləyə çata bilərik.

30 İyul – Beynəlxalq Dostluq Günü. Bugün şirkətlər RTM postları daxilində rəqibləri ilə belə dost şəklində fəaliyyət göstərdiyini və doğmalıq hisslərini çatdıran paylaşımlar hazırlayaraq gündəmdə qala bilərlər.

2 iyul tarixində dünyada  qeyd olunan özəl günlər

Ümumdünya Naməlum Uçan Obyektlər günü (Ufoloq günü);

Braziliya, Bayya ştatı: Ştat günü;

İtaliya: İl Palio (Cıdır) günü;

Qazaxıstan: Diplomatik Xidmət günü;

Kürasao: Bayraq günü;

Norveç: Kral günü;

Özbəkistan: Dövlət gerbinin qəbul olunduğu gün;

Ukrayna: Hərbi Dəniz Qüvvələri günü, Dəniz və Su Donanması günü.

İyul ayında dünyada və Azərbaycanda baş verən önəmli tarixi hadisələr

2 iyul– Azərbaycan Demokratik Respublikası polisi yaranmışdır (1918);

3 iyul– Dünyada ilk dəfə qiyməti 75 dollara olan televizorlar satışa çıxarılıb (1928)

3 iyul– Bakı metrolarında ikinci partlayış baş vermişdir (1994);

10 iyul– Telstar adlı ilk rabitə peyki Yer orbitinə çıxarılıb(1962);

11 iyul– Abbas Səhhət 44 yaşında Azərbaycan Demokratik Respublikasının Gəncə şəhərində vəfat edib (1918);

11 iyul– Qızıl Ordu Monqolustanı Ağ ordunun əlindən xilas edir və Monqolustan Xalq Respublikasının əsasını qoyur (1921);

13 iyul– İlk dəfə olaraq qadın idmançılar müasir olimpiya oyunlarında (Londonda) iştirak ediblər (1908);

18 iyul– ABŞ-da qadınların avtomobil idarə edə biləcəyinə dair rəsmi açıqlama verildi (1925);

20 iyul– Ford Motor şirkəti öz ilk avtomobilini hazırladı (1903);

21 iyul– İnquşetiyada bir kişinin 4 qadın ilə evlənməsinə icazə verildi (1999);

22 iyul– Beynəlxalq Valyuta Fondu yaradıldı (1944)

23 iyul– Ford istehsal etdiyi ilk arabanı satışa çıxardı (1903);

31 iyul– İngiltərədə televiziyada siqaret reklamı qadağan edilib (1965);

Ümid edirəm ki, bloq yazısı faydalı olar və sərf etdiyim zamana dəyər. Bütün SMM menecerlərə uğurlar!

640